Hazırda dünyada ən çox istifadə olunan "Instagram" sosial şəbəkəsinə daxil olmaqda problem yaşanır.
Metbuat.az xəbər verir ki, istifadəçi səhifələri yenilənmir.
Texnobloqçu Fərid Pərdəşünas hazırda instaqramda baş verən problemin əsasən Şərqi Avropanı əhatə etdiyini bildirib:
"Bir neçə dəqiqədir "Instagram" serverlərində ciddi problemlər yaşanır. Problemlərin episentiri Şərqi Avropanı əhatələyir. Türkiyə və Azərbaycan-da da ciddi problemləri müşahidə edirik. Az əvvəl Sakit Oken sahillərindən başlayan növbəti dalğa Şimali Amerikaya da təsir göstərib. "Facebook" mühəndisləri hazırda problemli araşdırırlar. Bütün "Instagram" istifadəçilərini səbrli davranmağa çağırıram".
Rəsmi qurumlar isə hələ də bir məlumat verməyiblər.
