“Henderson Dalğaları” Sinqapurdakı ən heyrətamiz körpü sayılır.

Metbuat.az xəbər verir ki, körpü magistral yolun bir hissəsi olmaqla uzun bədənini dayağın ətrafına sarılan nəhəng bir ilana bənzəyir. 274 metr uzunluğunda olan bu qeyri-adi körpünün inşası “RSP” Memarlıq bürosu və “Ingenieros PTE Ltd” şirkətinin mühəndisləri tərəfindən həyata keçirilib.

Körpünün bir tərəfi bağlı olsa da, digər tərəfi böyük və möhtəşəm bir görüntüyə sahip olan mənzərəyə açılır.

Qeyd edək ki, körpüdən yalnız piyadalar istifadə edə bilər. Buraya velosipedlə giriş qadağandır.

İlana bənzər qeyri-adi körpü -