Qarabağın inkişafı ermənilərin BAĞRINI ÇATLADIR:

"Artsaxdan və ətraf bölgələrdən bizə gələn xəbərlər yaralarımıza duz qatır, müharibənin unudulmaz ağrısını canlandırır."

Metbuat.az xəbər verir ki, bu fikirlər "Hrparak" nəşrinə məxsusdur. Görünən odur ki, Qarabağda aparılan yenidənqurma işləri düşmənin bağrına xəncər kimi saplanıb.

Nəşr yazır ki, "Qarabağda aparılan inşaat işləri böyük bir güclə həyata keçirilir, hava limanı, yol və yarımstansiya da daxil olmaqla illərdir davam edən layihələri tamamlanır amma biz (ermənilər) bir ildə bir dənə də olsun torpaq yolu belə aça bilməmişdik. Əksinə, hökumətimiz siyasi rəqiblərlə mübarizədə çox bacarıqlıdır. Müxalifəti gözdən salmaq, hərəkətlərini məhdudlaşdırmaq, neytrallaşdırmaq üçün nə qədər səy və enerji sərf edirlər. Əsas daxili "düşmən" dir, xarici düşmənlər sakit ola bilərlər. Ümumiyyətlə, içimizdə çox şey alt -üst oldu. Bir vaxtlar "erməni" sözünün təhsil standartlarından çıxmasına qəzəblənən cəmiyyət, "Artsax Respublikası" ifadəsi həyatımızdan yox olduğu halda artıq qəzəblənmir."

Qeyd edək ki, bir neçə gün öncə "Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına tarixi enişi etdi. Avqustun 16-da isə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının da təməli qoyuldu. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Gülbəniz Hüseynli / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR