Paşinyan Şimal-Cənub nəqliyyat dəhlizindən DANIŞDI:

Paşinyan Türkiyə ilə danışıqlara başlamaq imkanından sonra digər qonşu ölkələrlə əlaqələrin inkişafından danışıb.

Metbuat.az xəbər verir ki, Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib ki, qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya tənzimləmək Ermənistanın xarici siyasətinin vacib istiqamətlərindən biri olacaq.

"İran və Gürcüstanla aparılan müzakirələrdə regional əlaqələrin inkişafı və Şimal-Cənub nəqliyyat dəhlizi proqramının icrası mühüm yer tutur. İran və Rusiya ilə dəmir yolu əlaqəsinin qurulması da son dərəcə vacibdir. Bu məsələ artıq üçtərəfli Ermənistan-Rusiya-Azərbaycan formatında müzakirə olunur".

Ermənistanın Baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etməyə hazır olduğunu bir daha vurğulayıb. Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, erməni əsirlərin geri qaytarılmasının vacibliyini qeyd edib.

Qeyd olunur ki, Türkiyə prezidentinin son çıxışlarında Paşinyan münasibətlərin nizamlanması və Ermənistan-Türkiyə dəmir yolunun açılması ilə bağlı danışıqlara başlamaq üçün fürsət görüb. Nazirlər Kabinetinin rəhbəri əmindir ki, Rusiya, ABŞ, AB, Çin və Hindistan da bununla maraqlanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR