ABŞ-da neft istehsalı azaldı -

ABŞ-ın Meksika Körfəzində istehsalın yenidən başlaması emal işlərinin bərpası ilə neftin qiyməti bir qədər aşağı düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib. ABŞ-ın "West Texas Intermediate" (WTI) markalı xam neftinin qiyməti, sentyabrın yeddisində 1,4% aşağı düşdükdən sonra bugün bir barrelə görə 43 sent və ya 0,6% bahalaşaraq 68,78 dollara yüksəlib. "Brent" markalı neftin fyuçersləri çərşənbə axşamı 0,7% ucuzlaşdıqdan sonra 34 sent və ya 0,5% artaraq 72,03 dollara yüksəlib.

Qeyd olunur ki, İda qasırğasının güclü küləklər və leysan yağışları səbəbindən Körfəzdəki istehsalçılar hələ də əməliyyatlarını yenidən başlatmaqda çətinlik çəkirlər.

ABŞ Körfəzində istehsalın təxminən 79% -i çərşənbə axşamı günü dayandırılıb. Hazırda 79 istehsal platforması hələ də boşdur. İndiyə qədər bazarda təxminən 17,5 milyon barel neft itkisi proqnozlaşdırılıb. Məlumat üçün bildirək ki, ABŞ-ın Körfəzdə istehsal etdiyi neftin həcmi 17% təşkil edir. Bu rəqəm dənizdə mövcud olan quyuların payına düşür.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR