Şimali Koreya yaranmasının 73-cü ildönümü ilə bağlı paytaxt Pxenyanda hərbi parad keçirilib.

Metbuat.az xəbər verir ki, paradı ölkənin 37 yaşlı lideri Kim Çen In da izləyib. Parad zamanı bir sıra silahlar nümayiş olunsa da, ballistik raketlərin nümayiş olunmaması diqqət çəkib. Paradda ən böyük diqqət çəkən məqamlardan bir qrup hərbçinin koronavirusa qarşı mübarizənin rəmzi hesab edilən narıncı rəngli geyimlər və qaz maskaları ilə parada qatılması olub.