Muradov 2 BTR göndərərək Azərbaycan texnikasını

"Qarabağda yerləşdirilmiş rus sülhməramlılarla azərbaycanlılar arasında münasibətlər getdikcə gərginləşir".

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Nəşr qeyd edib ki, son vaxtlar hər gün vəziyyət gərginləşir, Şuşa hissəsində yolu bağlayıblar.

"Azərbaycan tərəfi vəziyyətə cavabdeh özləri olduqlarını, sülhməramlıların müvəqqəti olduğunu və sülh yaratmadığını göstərməyə çalışırlar. Bu yaxınlarda, Şuşaya gedən yolun əvvəlində azərbaycanlılar texnikanı cəmləşdirmişdilər, yol tikirlər. Xankəndinə gedən yol bir neçə saat bağlı qaldı. Xəbər sülhməramlılara çatığı zaman Rüstəm Muradov azərbaycanlı qarnizon xidmətinin rəisi ilə əlaqə saxlayıb. Azərbaycanlı cavab verib ki, yaxşı edirik, bizim yolumuz deyilmi, nə istəsək, edəcəyik. Muradov "hadisə yeri"nə 2 BTR göndərib və Azərbaycan texnikasını məhv etməyi əmr edib", - deyə nəşr bildirib.

Məqalədə o da qeyd olunur ki, Muradovun xidmət müddəti başa çatdığından, əldə olan məlumata görə, onu general -mayor Mixail Kosobokov əvəz edəcək.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR