Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün cüdoçular mübarizəyə qoşulub.
Gənclər və İdman Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, Azərbaycan oğlan və qızların mübarizəsində 16 tatami ustası ilə təmsil olunur. Onlardan 3-ü finala yüksəlib, 4-ü isə bürünc medal qazanıb.
Oğlanların yarışında 60 kq çəkidə Əhməd Yusifov və Rövşən Əliyev finalda bir-birinə rəqib olub. Yusifov Kamaliddin Baxtiyorov (Özbəkistan), Arman Qambaryan (Rusiya) və Ravşanbek Asanovu (Qırğızıstan), Əliyev isə Xanbolot Irsınbekov (Qırğızıstan) və Şerzod Davlatovu (Qazaxıstan) üstələyib.
Qızların mübarizəsində 52 kq çəkidə Səbinə Əliyeva Yulyana Maksatbayeva (Özbəkistan), Akmaral Nauatbek (Qazaxıstan) və Angelina Demkovskayanı (Belarus) məğlub edərək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Anna Burakova (Belarus) olacaq.
Oğlanlardan 66 kq çəkidə Elçin Hüseynov ilk iki görüşündə Maksim Baltsat (Moldova) və Rüfət Ələskərov (Rusiya) üzərində qələbə qazansa da, yarımfinalda Yeremek Amalgəldiyə (Qazaxıstan) uduzub. Lakin o, bürünc medal görüşündə Abubakr Şerovu (Tacikistan) yenərək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.
81 kq-da Murad Fətiyev Georgi Yelbakiyevi (Rusiya) udsa da, yarımfinalda Nurbek Murtozoyevə (Özbəkistan) uduzub. Bununla belə, Fətiyev Ayan Bayqazı (Qazaxıstan) üzərində qələbə sayəsində bürünc medala yiyələnib.
100 kq-dan yuxarı çəkidə Camal Feyziyev də dairəvi sistemlə çıxış edib. O, ilk görüşündə Nodar Baqayevi yenilsə də, növbəti qarşılaşmasında Nikita Starovoytova (Belarus) qalib gəlib. Yarımfinalda isə Feyziyev Valeri Yendovitskiyə (Rusiya) uduzaraq, bürünc medal əldə edib.
Qızlardan 48 kq çəkidə Şəfəq Həmidova dairəvi sistemlə mübarizə aparıb. O, Liliana Skutari (Moldova) üzərində qələbə qazansa da, Alina Sergeyevaya (Rusiya) uduzub. Yarımfinalda isə Həmidova Həliməcon Qurbanovaya (Özbəkistan) uduzaraq, bürünc medalla kifayətlənib.
Oğlanlardan Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Zelim Tskayev (81 kq), Adil Kərimli (100 kq), qızlardan Zeynəb Məmmədova (52 kq) 5-ci yerlə kifayətlənib. Ramilə Əliyeva (48 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (+78 kq) bütün, Diana Şoranova (63 kq) ilk görüşlərindən məğlub ayrılıb.
MDB Oyunları: Azərbaycanın 3 cüdoçusu finala yüksəlib
Həmçinin oxu
Qurban Qurbanov onları əsas heyətdən qovdu
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Qurban Qurbanov onları əsas heyətdən qovdu
Bu gün
·
20:53
Pensiyalar bu qədər artacaq
Bu gün
·
20:49
Sergen Yalçın millinin heyətini açıqladı - Sürpriz seçimlər
Bu gün
·
20:37
"Euronews" Bakıdan reportaj hazırladı
Bu gün
·
20:24
İran rəsmiləri ilə Putin arasındakı görüşün təfərrüatları açıqlandı
Bu gün
·
20:10
Göyçayda "06" və "Ford" toqquşdu - Xəsarət alan var
Bu gün
·
20:03
İlham Əliyevin Cəbrayıl və Zəngilana səfərindən görüntülər
Bu gün
·
19:53
İllərdir gözlədikləri pula qovuşacaq 3 bürc
Bu gün
·
19:43
Millimiz üçüncü dəfə dünya çempionu oldu
Bu gün
·
19:20
Cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
Bu gün
·
19:05
Prezident Cahangirbəyli kəndinin açılışında iştirak etdi - YENİLƏNİB
Bu gün
·
18:08
Kamran Əsədova bu qədər cəzası istənildi
Bu gün
·
17:30
Göyçayda "Zəfər Konserti" keçiriləcək - VİDEO
Bu gün
·
17:25
Tahir Ayralov və Miryusif Qədirov Azərbaycana gətirildi
Bu gün
·
17:05
Hərbi Prokurorluqdan Zəfər Günü görüşü - FOTO
Bu gün
·
16:57