Dünyada koronavirusla bağlı

Çinin Vuhan şəhərində ilk yoluxmanın qeydə alındığı COVİD-19 pandemiyasında ölənlərin sayı 4 621 294 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu günədək virusa 224 053 437 nəfər yoluxub, 200 653 244 virusdan canını qurtara bilib.

Virusa yoluxma və ölüm sayına görə yenə də Amerika Birləşəmiş Ştatları birinci yerdə durur. Bu ölkədə 41 milyondan çox insan virusa yoluxub, 674 mindən çox insan isə virusun qurbanı olub. İlk onluqdakı ölkələr siyahısında Hindistan, Braziliya, Birləşmiş Krallıq, Rusiya, Fransa, Türkiyə, İran, Argentina, Kolumbiya yer tutur.

Ölkəmizdə isə indiyədək ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49 318 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR