BÖLGƏDƏ GƏRGİNLİK: İran ordusu İraqı bombaladı

İran ordusu İraqın şimalındakı kürd muxtariyyətinin ərazisində fəaliyyət göstərən terror qruplaşmalarının düşərgələrinə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Açıqlamaya görə, terrorçuların düşərgələri toplar və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Hədəflər arasında Ərbildə fəaliyyət göstərən və İran hökuməti tərəfindən terrorçu qrup kimi qəbul edilən İran-Kürd Demokratik partiyasına aid düşərgə də olub.

İddialara görə, hədəfə alınan terrorçular İrana hücum etməyi planlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR