Rusiya "Taliban" hökumətinin təqdim edilməsi mərasiminə qatılmayacaq

Rusiya “Taliban”ın yeni hökumətinin fəaliyyətə başlaması ilə bağlı təşkil ediləcək mərasimə qatılmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitriy Peskov açıqlama verib. O bildirib ki, tədbirdə rusiyalı nümayəndə iştirak etməyəcək.

Qeyd edək ki, “Taliban” tədbirə Çin, Rusiya, Qətər, Türkiyə, Pakistan və İran nümayəndələrinin dəvət edildiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR