Gənc qadın sevgilisi ilə hoteldə gecələdi, səhər meyiti çıxdı -

İstanbulda 24 yaşlı qadının hoteldə meyiti aşkarlanıb.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Sədanur Şən 32 yaşlı sevgilisi Sərdar Yazıcı ilə hoteldə gecələyib. Səhər əlində çanta ilə otaqdan ayrılan Sərdar Yazıcı hotelin işçilərinə sevgilisinin oyanmadığını, bədəninin göyərdiyini bildirib. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü, bədənində hər-hansısa şiddət izi olmadığını müəyyən ediblər.

Sərdar Yazıcının daha əvvəl narkotik maddə alveri, narkotik maddə qəbulu və fırıldaqçılıq maddələrindən həbs olunduğu məlum olub. Yazıcı ifadəsində gecə sevgilisi ilə narkotik maddə qəbul etdiklərini, səhər oyananda isə qızın bədəninin göyərdiyini bildirib.

Polisdəki ifadəsindın sonra Sərdar Yazıcı sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR