Ərdoğanın dediyi oldu: Axı sizə demişdim,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın sement şirkəti “Lafarge”ın İŞİD terrorçularına maddi dəstək göstərməsinə ilk dəfə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, o avropalı liderləri bu məsələlərlə bağlı dəfələrlə xəbərdar edib. Ərdoğan deyib: “Makronun özünə də, görüşdüyüm avropalı liderlərə də illərdir deyirəm. Amma həmişə özlərini karlığa qoydurlar”.

Ərdoğan bildirib ki, o məsələni BMT toplantısında da gündəmə gətirəcək.

Qeyd edək ki, “Lafarge”ın İŞİD terrorçularına maddi dəstək göstərdiyi təsdiq olunub. Fransanın kəşfiyyat xidməti də şirkətin İŞİD-ə dəstək göstərdiyindən xəbəri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR