"AMD" prosessorlarında boşluq tapıldı -

"AMD" prosessorlarının zəif yeri tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın "Zero Peril" təhlükəsizlik agentliyinin saytında məlumat yayılıb. Açıqlanan hesabatda deyilir ki, mütəxəssislər məxfi məlumatların aşkar olunmasına səbəb ola biləcək zəiflik aşkar ediblər. Məlum olub ki, zəiflik sayəsində imtiyazsız istifadəçilər original məlumatların köçürüb silərək, fiziki yaddaş səhifələrini oxuya bilərlər. Mütəxəssislərin fikrincə, problem "Ryzen" 2000 və 3000 seriyalı çiplərlə bağlı ola bilər. Agentlik mühəndislərə problemdən çıxış yolu kimi, istifadəçilərə prosessor proqramını cari vəziyyətə qədər yeniləməyi tövsiyə edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR