Bakıya və rayonlara gediş -gəlişə görə avtobusların sayı artırıldı - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib:

"Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağını ehtimal verərək, avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən Covid-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, Covid-19- un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Əlavə olaraq qeyd edək ki, paytaxtdan regionlara, regionlardan paytaxta gecə reyslərimiz aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər edə bilərsiniz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı