"Windows 11" hər hansı bir kompüterin gücünü sınamaq üçün

"Microsoft", hər hansı bir kompüteri yeni əməliyyat sistemi Windows 11 ilə uyğunluğunu yoxlamağa imkan verən "PC Sağlamlıq Yoxlama Alətini" hazırlayıb.

Metbuat.az xəbər verir ki, "Windows Latest"ə görə, yeni tətbiqi hər kəs yükləyə bilər. Portal tərəfindən tapılan üsul "PC"nin işini qiymətləndirməyə imkan verir. Yoxlamanın nəticələrinə əsasən, yardım proqramı istifadəçiyə kompüterinin "Windows 11"in quraşdırılması üçün uyğun olub-olmadığını bildirəcək.

Bunun tətbiqin təkmilləşdirilmiş, son versiyası olduğu deyilir. Qeyd edək ki, "PC Sağlamlıq Yoxlama Aləti" istifadəçiyə birbaşa kompüter və ya dizüstü kompüterin "Windows 11" ilə uyğunsuzluğunun xüsusi səbəblərini göstərəcək. Onu da bildirək ki,hələ də "Microsoft" bu yardım proqramının buraxılması ilə bağlı rəsmi açıqlama verməyib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR