"Atalarımız bizi aldadıb, tək çarəmiz münasibətlərin bərpasıdır" -

"Onilliklərdir ki, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının zəruriliyindən bəhs edirik, amma bu barədə danışmağa cəsarəti olanların hamısı dərhal ifrat millətçi fikirləri olan və erməni xalqının düşməni elan edilmiş insanlar tərəfindən hədəf alınır".

Metbuat.az xəbər verir ki, bu fikirlər məşhur erməni nəşri "Hrparak"a məxsusdur. Bildirilir ki, bütün ağıllı, savadlı, mütərəqqi insanlar çox yaxşı başa düşürlər ki, düşmənçilik və müharibə xəyalları yalnız qonşuluq, münaqişələrin həlli və bir yerdə yaşamaq üçün ortaq düstur tapmadıqları halda bölgəni tərk edə bilməklə nəticələnə bilər. Nəşr qeyd edir ki, qonşuluq münasibətlərinin normallaşdırılmasına qarşı mübarizə aparan kütlələr mövzusunda bir tabu var ki, erməni tarixində, Qarabağ məsələsinə sadiqliyin yeganə yolu əbədi düşmənçilikdə və türklərlə ölümcül qarşıdurmadadır. Bu bizə atalarımızdan miras qalıb. Amma Qarabağda düşmənçilik statusunu qorumaq bizə yaxşı bir şey vəd etmir.

"Biz müharibədən sonra məğlubiyyətdən deyil, qonşuluq münasibətlərinin normallaşması haqqında düşünməli və addımları çox əvvəl atmalı idik. Bu münasibətlərin və dialoqun normallaşması milli ləyaqətimizə və dövlətçiliyimizə xələl gətirə bilməz. Axı, bəşər tarixində insanların ləyaqətsiz bir varlıq üzərində layiqli ölümü seçdikləri bir çox hallar olmuşdur. Milli ləyaqətin son izlərini itirmədən necə dialoqa girmək və uduzan mövqedən necə danışıqlar aparmaq tamamilə fərqli bir söhbət mövzusudur".

Son günlər erməni mətbuatında belə məqalələrin çoxalması bəlkə də düşmənin başının divardan-divara dəyib sülh şərtlərinin qəbuluna səbəb ola bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR