x
Loading...

"Azərbaycanlılar İrəvanda bizə müsahibə verməkdən belə çəkinmədilər"- Erməni mediası

Sentyabrın 21-də Ermənistanın paytaxtı İrəvanda qeyd edilən müstəqillik bayramında yüzlərlə İran azərbaycanlısı da iştirak edib.

Metbuat.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə məlumat yayan yerli KİV İran pasportu daşıyan azərbaycanlıların İrəvanda bayramı izləməsini ironiya ilə qarşılayıb.

"Baş nazir Nikol Paşinyanın təşkil etdiyi və onun sözləri ilə desək, müharibə qurbanlarının xatirəsinə həsr olunmuş "rəngarəng bayram" azərbaycanlıların da marağına səbəb olub. Söhbət İran vətəndaşı sayılsa da, milliyəti azərbaycanlı olan əcnəbilərdən gedir. Bayramın təşkil olunduğu meydanda yüzlərlə azərbaycanlı var idi. Onlar hətta erməni mediasına müsahibə verməkdən belə çəkinmədilər. Baş nazirin ideyası ilə təşkil olunan bu bayrama qatılan azərbaycanlılar İran pasportu daşıyırlar. Xatırladaq ki, hətta müharibə illərində İranda yaşayan yüzlərlə azərbaycanlı Bakını dəstəklədi... Azərbaycan əsgərləri Araz çayı sahillərində- Qarabağ ərazisində göründükdə azərbaycanlıların necə ilhamlanmaları ilə bağlı onlarla kadr da var. Maraqlıdır ki, əvvəllər Ermənistanın müstəqillik günü üçün təşkil olunan tədbirlərdə heç vaxt azərbaycanlılar bu qədər gözə dəyməyib. Amma bizim üçün faciəli məğlubiyyətdən sonra təşkil olunan bu yubiley tədbiri İran azərbaycanlıları üçün də əsl bayram halına gəlib..."yerli saytlar yazıb. Qeyd edək ki, hər il İrandan Ermənistana xeyli sayda turist gedir. Bu il isə sırf pulsuz vaksinasiya səbəbindən İrəvana minlərlə iranlı axın etdi. Onların arasında Cənubi Azərbaycandan olan İran vətəndaşları da olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR