Türkiyənin məşhur müğənni və bəstəkarı Aynur Aydın xəstəxanaya yerləşdirilib.
Metbuat.az xəbər verir ki, 35 yaşlı sənətçi 3 gündən artıqdır yüksək hərarət və ürəkbulanmadan əziyyət çəkirmiş. Qəflətən halı daha da pisləşdiyindən dərhal xəstəxanaya aparılıb.
Yaxınları bildirib ki, Aynur hazırda həkim nəzarəti altında müalicə alır.
