Pxenyan Cənubi Koreyanın tələbini rədd etdi -

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-In ölkəsinin müzakirələrə hazır olduğunu bəyan edib.

Metbuat.az xəbər verir ki, o, 1950-1953-cü illərdəki Koreya müharibəsinin başa çatması barədə Cənubi Koreyanın Pxenyandan rəsmi açıqlama tələb etməsinə bu sözlərlə münasibət bildirib. Onun sözlərinə görə bunun üçün Pxenyanla masaya oturmaq istəyən ölkələr düşməncə davranışı dayandırmalıdır.

Kim Yo-In Pxenyana qarşı ikili standartların olduğunu irəli sürərək, Şimali Koreyanın hər addımın tənqid olunmasına etiraz edib.

Qeyd edək ki, Şimali Koreya 1950-1953-cü illərdəki Koreya müharibəsinin başa çatması barədə Cənubi Koreyanın rəsmi açıqlama tələb etməsini rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR