SON DƏQİQƏ: Sülhməramlıların komandiri YENƏ DƏYİŞDİ -

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

Metbuat.az "Sputnik Armenia" ya istinadla xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandiri təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub, bundan sonra qısa müddətdə bu vəzifədə general-mayor Mixail Kosobokov tərəfindən əvəz olunub. Hazırda bu vəzifə Gennadi Anashkinə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR