Erməni deputat kədərindən sarsaqladı:

"Müharibənin ilk günündə Ərdoğan əl-qolumuzu, Nikol isə dilimizi bağladı".

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın lideri olduğu müxalif "Hayastan" blokunun parlamentdəki fraksiyasının deputatı Artur Kazinyan öz “Facebook” səhifəsində yazıb. Kazinyan ötən ilin bu gününü xatırlayaraq qeyd edir ki, Qarabağda 44 günlük müharibənin başladığı bir məqamda Türkiyə Prezidenti Ərdoğan “Twitter”də bir status yazaraq erməni xalqını hökumətə qarşı çıxmağa və gələcəyi üçün mübarizə aparmağa çağırdı.


"Çox az adam anlayar ki, atılan bu "tvit" Nikol Paşinyana açıq dəstək və müxalifət üçün bir tələ idi. Çünki əgər müharibə zamanı erməni müxalifəti hakimiyyəti dəyişməyə və qaçılmaz bir fəlakətin qarşısını almağa çalışsaydı, o zaman bizlər Ərdoğanı dinləməkdə və Türkiyənin maraqlarına xidmət etməkdə günahlandırılardıq. Çox keçmədi ki, həmin gün səhər saatlarında, Ermənistan hökumətinin fövqəladə iclasında Nikol Paşinyan hərbi vəziyyət elan edərək ciddi senzura tətbiq etmək, müxalifətin siyasi mübarizəsini qadağan etmək qərarına gəldi. Nikol və Ərdoğanın birgə səyləri ilə biz həqiqəti söyləmək və fəlakətin qarşısını almaq üçün bütün imkanlardan məhrum olmuşduq, Azərbaycana isə hərəkət etmək üçün ümumi azadlıq verilmişdi. Görünür Nikol "Arsaxı" təslim etməyə və minlərlə insanı öldürməyə hazır idi" deyə erməni deputat bildirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR