Kim Çen In dayanmır: Atəş əmri verdi

Şimali Koreya raket testlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, Pxenyan növbəti ballistik raketi sınaqdan keçirib. Yaponiya ordusunun məlumatına görə, raket Şimali Koreyanın şimal bölgəsindən havaya buraxılıb. Mərmi Şimali Koreyanın şərq sahillərinə düşüb. Pxenyan hadisə barədə açıqlama verməyib.

Qeyd edək ki, Pxenyan iki həftə əvvəl də oxşar test təşkil edib. Mərminin qatardan atılması müzakirələrə yol açmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR