x
Loading...
.

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.

Metbuat.az xəbər verir ki, Fond hazırda Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir.

Qeyd edək ki, koma vəziyyətində olan Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR