Daha bir tanınmış jurnalist ATV telekanalından ayrılıb.
Metbuat.az xəbər verir ki, bu dəfə isə jurnalist Kərəm Ələsgərov 12 il fəaliyyət göstərdiyi kanalı tərk edib. Jurnalist yeni iş yeri ilə bağlı açıqlama verməyib.
Həmkarları sosial media üzərindən Kərəm Ələsgərovla olan fotolarını paylaşaraq, ona uğurlar diləyiblər.
