Şimali Koreya ötən gün havaya raket buraxdığını təsdiq edib.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi dairələri açıqlama yayıb. Açıqlamaya görə, ordu “Hwasong-8” adlı səsdən sürətli raketi test edib. Testin uğurlu keçdiyi bildirilib.

Pxenyan “Hwasong-8”i ölkənin ən mühüm 5 silahından biri adlandırıb. Açıqlamada silahın strateji olduğu qeyd edilib.

Qeyd edək ki, Yaponiya, Şimali Koreyanın addımının ölkə üçün təhdid olduğunu açıqlamışdı.