Təhsil İnstitutu orta məktəblərdə şagirdlərin istifadə etdiyi iş dəftərlərinin satışda tapılmamasına münasibət bildirib.

Metbuat.az xəbər verir kİ, institutdan "Report"un sorğusuna cavab olaraq, ötən illərdə olduğu kimi iş dəftərlərinin əldə olunması "Azərpoçt MMC" vasitəsilə həyata keçirildiyi qeyd olunub

"İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir" - deyə məlumatda bildirilib.