Ermənistanda AKSİYA:

Ermənistanda vətəndaşlar etiraz aksiyası keçiriblər.

Metbuat.az xəbər verir ki, aksiya iştirakçıları, koronavirusa yoluxan şəxslərdən təkrar məcburi PCR testi tələb edən iş yerlərinin bu hərəkətini Əmək hüquqlarının pozulması kimi qiymətləndiriblər.

"Məqsədləri koronavirusun qarşısını almaqdırsa, niyə peyvənd edilmiş vətəndaşdan test tələb etmirlər. Axı onlarda təkrar virusa yoluxa bilərlər. Hökümətdən bu məsələyə aydınlıq gətirməsini tələb edirik"deyə aksiya iştirakçıları qeyd edib.

Qeyd edək ki, Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma qeydə alınıb. Metbuat.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 261 697 nəfərə çatıb. Son sutka ərzində infeksiyadan 20 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 5319 nəfərə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR