Bülent Ersoya HƏBS ŞOKU:

“Diva” ləqəbli məşhur türkiyəli müğənni Bülent Ersoy Şimali Kiprə gedən 21 nəfərlik orkestr üzvü saxta PCR testi hazırladığı üçün həbs edilib.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, Şimali Kiprə gedən Bülent Ersoyun 21 nəfərlik orkestrinə koronavirusa görə verilən sənədlərin saxta olduğu aşkar olunub.

Polis nəzarətinə alınan 21 nəfərlik kollektiv Lefkoşa Ağır Cəza Məhkəməsinin qərarı ilə saxta sənədin hazırlanmasında ittiham olunaraq həbsxanaya göndərilib.

Məhkəmə prosesinin bitməsindən sonra onların həbsdə qalacağı bildirilir.

Musiqiçilər və Sənətçilər Federasiyasının prezidenti Ahmet Onurlu hadisə ilə əlaqədar açıqlama verərək deyib ki, saxta sənədi verən həkimlər həbs olunmur, ancaq PCR testi alanlar həbs olunub və bu, çox məntiqsiz bər addımdır.

“Türkiyə Respublikası vətəndaşı olan 21 musiqiçi 1 ay hoteldə polis nəzarəti altında saxlanıldıqdan sonra sentyabrın 30-da məhkəmə hökmünün qərarı ilə həbs olunublar. Bu bizdə narahatlıq doğurur”, - Onurlu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR