Şimali Koreya və Cənubi Koreya arasında iki aydan sonra ilk dəfə telefon əlaqəsi yaradılıb.

Metbuat.az xəbər verir ki, birbaşa telefon xəttinin açılmasından sonra rəsmilər ünsiyyət qurublar.

Qeyd edək ki, sonuncu dəfə belə telefon əlaqəsi iyul ayında baş tutmuşdu. Ardınca Şimali Koreya əlaqəni dayandırmışdı. Pxenyan adminstrasiyası bəyan edib ki, Cənubi Koreya ilə münasibətlərin yenidən bərpa edilməsi qarşı tərəfin davranışlarından asılıdır.