"Twitter" və "Telegram"dan problemə REAKSİYA: "Facebook" və "Instagram"ın işləməməsinə sevinirlər -

Xəbər verdiyimiz kimi, bu gün saat 19:30-dan etibarən "Facebook", "Instagram" və "WhatsApp" platformaların fəaliyyətində problem yaranıb.

Metbuat.az xəbər verir ki, "Facebook"a bağlı olan bu platformaların fəaliyyətində olan problemlər istifadəçilərin əsasən "Twitter" və "Telegram" platformalarına axın etməsinə səbəb olub.

Sonuncu qeyd etdiyimiz platformalar bu vəziyyətdən məmun kimi görünürlər. Belə ki, onlar rəsmi hesablarından bu barədə paylaşımlar ediblər. "Twitter" fəaliyyətində problem olan şəbəkələrə eyhamla hamını salamlayıb. "Facebook" və "Instagram" da bu paylaşımlara biganə qalmayıb. Rəsmi hesablarından "Twitter"ə cavab yazıblar.

"Telegram" isə rəsmi hesabından problemdən çıxış yolu kimi "WhatsApp"ın birdəfəlik silinməsini məsləhət görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR