Futbolçu hakimi döydü -

Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakim Rodriqo Krivellaronu döyüb.

Metbuat.az xəbər verir ki, 30 yaşlı oyunçu "Quarani" ilə olan görüşün 61-ci dəqiqəsində hakimə yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən hakim xəstəxanaya aparılıb və görüş dayandırlıb.

Bu səbədən polis futbolçunu həbs edib. O, cərimə ödəməli olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR