İsrail daha bir neçə ölkəylə əlaqələri bərpa edir -

“İsrail daha bir neçə ölkə ilə əlaqələri bərpa edəcək”.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər naziri Yair Lapid açıqlama verib. O bildirib ki, İsrail Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudandan sonra daha bir neçə ölkə ilə əlaqələri bərpa etmək üçün işlər aparır. Lakin diplomat həmin ölkələrin adını açıqlamayacağını ifadə edib.

Qeyd edək ki, İsrail ötən il “Ağ ev”də Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşmasına dair saziş imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR