Çoxlarının xəbərsiz olduğu möcüzəli yerlər -

Dünya o qədər böyük və sirlidir ki, hər bir kəşf insanlarda təəccüb doğurur. Bəzən çox uzqlarda axtardığımız möcüzələr, əslində, çox yaxında olur.

Məsələn, bura Türkmənistanda yerləşir. "Cəhənnəm qapısı" adlanan bu kraterin 30 metr dərinliyi var. "Cəhənnəm Qapısı" 1971-ci ildə geoloqların səhvi nəticəsində yaranıb və hələ də aktivdir. Onu nə qədər söndürmək istəsələr də, 50 ildir ki, yanır. Hazırda turistlərin ən çox ziyarət etdiyi turistik yerdir.

Kolumbiyada yerləşən "Cano Cristales" çayı yayın isti günlərində fərqli rənglər alır. Bu səbəbdən o, 'beş rəngli çay' və ya 'maye göy qurşağı' da adlandırılır. Çay yatağındakı bitkilər çaya canlı rəng verir.

ABŞ-da yerləşən bu qırmızı rəngli Anıt vadisində Navajo adlı yerli bir tayfa yaşayıb.

Mavritaniyada yerləşən "Səhranın Gözü" adlı bu ərazi elm adamlarının dediyinə görə, meteoridin düşməsi nəticəsində yaranıb.

Daş meşə. Madaqaskarda yerləşən bu meşə milyonlarca geoloji fəaliyyətlər nəticəsində meydana gəlib.

Namibiyadakı "Deadvlei" adlı ölü bataqlıq hər nə qədər quraq və yarasız vəziyytdə olsa da, təbii gözəlliyinə heyran qalmamaq mümkün deyil.

ABŞ -nın Nevada əyalətindəki "Fly Geyser" 1964 -cü ildə səhv aparılan qazma işləri nəticəsində meydana gəlib. Belə ki, əriyən minerallar üzə çıxıb. Nəticədə bu mənzərə yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR