ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu Tayvanla bağlı olub.
Qeyd edək ki, son bir gün ərzində Çinin 52 hərbi təyyarəsi sərhədi keçərək Tayvanın ərazisinə daxil olub. 4 gün ərzində isə ümumiliklə 150 hərbi təyyarə Tayvan ərazisinə daxil olub. Məlumata görə, hava hücumundan müdafiə sistemləri işə salınıb. Təyyarələrin uçuş istiqamətləri izlənilib.