Qondarma rejimin rəhbəri Araik Arutunyana sui-qəsd olub.
Metbuat.az xəbər verir ki, bu barədə voskanapat.info saytının əməkdaşı Karen Andriyan yazıb. Erməni jurnalistin iddialarına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticədə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir. Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir" deyə Karen Andriyan bildirib.