Ermənistan 2 milyard dolları haradan alıb? -

"Son 2 ildə erməni mənşəli şəxslərin rəhbərlik etdiyi şirkətlər Ermənistana 2 milyard dollar investisiya yatırıblar".

Metbuat.az xəbər verir ki, bu barədə fikirləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib. Onun sözlərinə görə, Yüksək Texnologiyalar Müəssisələri Birliyinin (UATE) icraçı direktoru Raffi Kasaryan açıqlamasında bildirib ki, “Son 1,5-2 il ərzində erməni əsilli şəxslərin idarə etdiyi şirkətlər Ermənistana 2 milyard dollardan çox sərmayə qoyub. Bu şirkətlərin ümumi dəyəri 12 milyard dolları keçir. Bu, Ermənistanın texnoloji sektoru üçün görünməmiş uğurdur. Bu şirkətlərin DigiWeek və Digitec tədbirlərində iştirak etməsindən məmnunuq" deyə Kasaryan qeyd edib. Osman Gündüz deyir ki, görünür ki, erməni diasporası Ermənistana, xüsusən də İT və startap sektora böyük yatırımlar edirlər.

"Proqnozlaşdırmaq olar ki, yaxın illərdə onlar bunun bəhrəsini görəcəklər. Bizdə bu istiqamətdə müəyyən addımlar atılsa da proses olduqca ləng gedir. Atılan addımlar ciddi effekt vermir. İşləri canlandırmaq, biznes münbitini inkişaf etdirmək, dövlət dəstəyini gücləndirmək lazımdır. Biznes sektoru yalnız dövlət sifarişini gözləməməlidir. Əlavə dəyərlər yaradılmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR