3 güləşçimiz DÇ-nin

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, bu gün Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb. 77 kq-dakı Sənan Süleymanov Kayratbek Tuqolbayevə (Qırğızıstan), Daler Rzazadəyə (Tacikistan) və Roland Şvarts (Almaniya) qalib gəlib. O, yarımfinalda Tsimur Berdyieu (Belarus) ilə görüşəcək.

Tokio olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR