Yəməndə Ədən qubernatoru Əhməd Həmid Lemlesin konvoyuna bombalı hücum olub.

Metbuat.az xəbər verir ki, hadisə zamanı üç nəfər həyatını itirib, dördü yaralanıb.

Bildirilib ki, Ədən vilayətinin Ət-Təvahi şəhəri yaxınlığında qubernatorun maşını keçərkən yola yerləşdirilən bomba partladılıb.

Qubernator sui-qəsddən sağ xilas olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.