Prezident bütün nazirləri istefaya göndərdi

Qırğızıstanın Baş nazir Uluqbek Maripov və bütün nazirlər istefaya göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə prezident Sadır Japarov fərman imzalayıb. Fərmana görə, Nazirlər Kabinetinin bütün üzvləri istefaya göndərilib. Bununla belə, Nazirlər Kabinetinin üzvləri yeni hökumət qurulana qədər vəzifələrini icra edəcək.

Qeyd edək ki, bundan əvvəl prezident noyabr ayının 29-da parlament seçkilərinin keçirilməsinə dair fərman imzalamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR