Xəbər verdiyimiz kimi, tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.
Metbuat.az xəbər verir ki, onun anası Zümrüd Yağmur sosial şəbəkə hesabında faktla bağlı detalları açıb.
O, cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırıb.
“Nədir məsələ? Bir il müddətində istintaq getdi. Cinayətin bütün faktları ekspertiza rəyləri ilə təsbit olunub. Həmin gecə Sənayın başına gələnlər sübut edilib.
Sənayın təcavüzə uğraması ilə bağlı iki rəy var, amma nədənsə Yasamal Rayon Prokurorluğu – Elman Süleymanov və Tamerlan Qarayev deyib ki, biz eksperti çağıraq, ekspertin rəyini əsas götürək. Çağırdılar, sonra da dedilər ki, biz aşkar edə bilmədik”.