Erməni nazir SARSAQLADI:

"Qarabağdan qaçıb Ermənistana gələn qaçqınlar üçün mənzillər Ermənistanda deyil, yalnız Qarabağın özündə tikilə bilər".

Metbuat.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu fikirləri qondarma rejimin əmək və sosial məsələlər naziri Mikael Virabyan deyib. Onun sözlərinə görə, Operativ qərargah Qarabağdan gələn qaçqınların müvəqqəti yaşayış yerlərində qalmasını təmin etmək üçün Ermənistan Respublikasının hakimiyyəti ilə layihələr hazırlayırlar. Ancaq daimi köçürülməyə gəldikdə isə yekdilliklə qərar odur ki, bu vətəndaşlara Qarabağda mənzil verilməlidir. Virabyan xatırladıb ki, 2021-ci ilin iyulunda Qarabağda ölən, itkin düşmüş və 1-ci qrup əlillərin ailələrinin mənzil təminatı ilə bağlı qərar qəbul edilib. Proqram Ermənistan Respublikasının subsidiyaları hesabına həyata keçiriləcək. Qərargah nümayəndəsinin sözlərinə görə, Qarabağdan qaçqın olaraq 5300-ə yaxın ailə (təxminən 20430 nəfər) Ermənistan Respublikasında qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR