İranın dəstəklədiyi qüvvələr hücuma keçdi:

Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Marib vilayətinin mərkəzinə yaxın yerləşən Əl-Cubə rayonunun bəzi kəndlərini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr Anadolu agentliyinə açıqlama verib. Məlumata görə, Rayondakı 3 kənd və 1 qəsəbə üsyançıların nəzarətinə keçib. Yəmən ordusu üsyançıların qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr cəlb edib.

Müdafiə xətti gücləndirilib. Bölgədə şiddətli toqquşmalar qeydə alınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR