x
Loading...

Deputatdan SƏRT AÇIQLAMA: Sülhməramlıların başı erməni qızlarına elə qarışıb ki...

“Ermənilər təxribatlarla guya bizi qorxutmağa çalışırlar. Adekvat cavab alacaqlar”.

Metbuat.az xəbər verir ki, bu sözləri yenisabah.az-a millət vəkili Aqil Abbas Azərbaycan Ordusunun əsgərinin şəhid olmasına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə əkin-biçin işləri aparılır, mülki vətəndaşlar da bu cür təxribatlarla üzləşə bilərlər.

“Əsas problem sülhməramlılarla bağlıdır. Onların üzərinə çox böyük məsuliyyət düşür. 10 noyabr bəyanatında da qeyd edildiyi kimi sülhməramlılar keçmiş Qarabağ ərazisindəki silahlıları həmin ərazilərdən çıxarmalıdırlar. Artıq bir il keçib onlar hələ də bu işi görmürlər, vəzifələrini yerinə yetirmirlər. Başları qarışıb ermənilərə ev tikməyə və erməni qızları ilə kef çəkməyə. Ermənilər sülhməramlıları yedirdib-içirdirlər, sonra da təxribatlara əl atırlar.

Təxribatlar davam edərsə, çox ağır cavab alacaqlar. Sülhməramlılar da vəzifələrini yerinə yetirə bilmədikləri üçün deyəcəyik ki, “Sizə yaxşı yol, vəzifənizi yerinə yetirmirsiniz və ya yetirmək istəmirsiniz”.

Adekvat cavabdan sonra, hər şey yaxşı olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR