Orduya əmr verildi: Hücuma hazır olun /

Çin və Tayvan arasında gərginlik səngimir. Çin orduya “müharibəyə hər an hazır ol” əmri verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Global Times” portalı məlumat yayıb. Bildirilir ki, Çin hökumətinin nəzarətindəki rəsmi xəbər agentliklərində müharibə təhdidlərinə dair xəbərlər yayımlanır. Xəbərlərdə orduda müharibəyə hazırlığın görüldüyü barədə məlumatlar yer alıb. Məlumatlarda Tayvanın “qiyamətlə” qarşı-qarşıya olduğu irəli sürülür.

Qeyd edək ki, Çinin təhdidlərindən sonra Tayvan ordusunda da hərəkətlilik yaşanır. İddialara görə, Tayvan ordusuna təlimlər keçmək üçün ABŞ bölgəyə gizlicə ordu göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR