ANS PRESS-in məlumatına görə, Azərbaycanda da kifayət qədər pərəstişkarı olan ulduz ifaçı karyerada yüksəlişi övlad sahibi olmaqdan üstün tutub.
"Uşağımın olmasından çox qorxmuşam. Öz ayaqlarım üzərində durmaq mənim üçün çox çətin idi. Heç bir dəstəyim yox idi. Özəl həyatım olmayıb, həmişə işimi düşünmüşəm. Karyerama mane olar deyə uşağımın olmasından da çox qorxmuşam", - deyə Ajda Pekkan bildirib.
Jurnalistlərin "qəlbinizdə kimsə varmı?" sualına da ifaçı özünəməxsus cavab verib. "Bəli, qəlbimdə biri var - Ajda Pekkan. Mən özümü sevirəm".


