Manaf Ağayev ÜSYAN ETDİ:

Müğənni Manaf Ağayev sosial şəbəkədə ona yazılan qarğışdan danışıb.

Metbuat.az "axşam.az"a istinadla xəbər verir ki, sənətçi "Həmin Zaur" proqramında hava limanında başına gələn hadisənin ona pis təsir etdiyini deyib:

"Sənət dostlarımla hava limanında görüşdük, başqa şəhərlərə toya gedirik. Şəkil çəkdirib paylaşmaq istədim. Mirələm (Mirələm Mirələmov, xanəndə - red.) dedi ki, paylaşmayaq. Qulaq asmadım, ağıllı imiş. Bir az keçdi Mirələm bir şey atdı: Biri yazmışdı ki, heç sağ-salamat qayıtmayın.

Əlimi bilirsiz harada üzdüm? Zöhrə Abdullayevanın oğlu öləndə biri yazmışdı ki, yaxşı oldu öldü, sənə bu da azdı, çox özündən deyirdin. Ağbirçək arvad idi, nə etmişdi? İndi biz getmişik, deyir, sağ qayıtmayın. Buna nə deyim? Çox aqressivdilər. Heç acından öləndə ağlamadım. Öz problemimi özüm yaşıyıram. 1 il 6 ay toy olmadı, siz nə bilirsiniz, nə yaşadım? Bütün nəsil üstümdə idi. Bu gün hamıya elə şərh yazılır. Söyülməyən müğənni yoxdur. İçlərində şükürlüsü mənəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR