x
Loading...

Qarabağdakı separatçı rejimin "ordu"su ləğv edilir - Ermənistan sülhə razılıq verib - AÇIQLAMA

“Qarabağdakı separatçı rejimin silahlı birləşmələri ləğv edilir”. Bu barədə qondarma rejimin rəhbəri Arayik Arutyunyan özü məlumat verib. O “Bunu Azərbaycanlılar tələb edir” deyə vurğulayıb.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, Arayikin dediyi çox yaxşı bir xəbərdir. Amma burada bir neçə məqama diqqət yetirmək lazımdır.

"Əvvəla ümumiyyətlə orada ordu deyə bir şey yoxdur. Həmin bölgədə əlisilahlı birləşmələr ( terrorçular ) var. Burada nəzərdə tutulan da məhz həmin "ordu" dur. Biz ordu filan tanımırıq. Bizim tələbimiz ondan ibarət idi ki, həmin silahlı birləşmələr (terrorçular) tərksilah olunaraq ərazidən çıxarılsın. Əks halda sülhlə bağlı hər hansı irəliləyiş əldə etmək mümkün deyil. Bu proses isə bizə onu deməyə əsas verir ki, Ermənistan sülhə razılıq verib. Bunun üçün hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Daha sonra isə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə start veriləcək. İstənilən halda nəticəyə yaxınlaşırıq".

Qeyd edək ki, ermeni KİV-də yayılan məlumata görə, Ermənistan parlamentinin "Haystan” blokundan olan deputat Vaqe Akopyan deyib ki, bir neçə gün bundan əvvəl Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətinə keçməsi barədə yayılan məlumatı da təsdiqini tapıb.

"Qafanın meri xəritə üzərində bizə hər şeyi göstərdi. Vəziyyəti ətraflı izah etdi. Təəssüf ki, Ağdağ dağı artıq bizdə deyil. Təəssüf ki, mənzərə budur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR