x
Loading...

İLGİNC AÇIQLAMA: Ermənistanda Azərbaycana lazım olan iki nəfər var

Ermənistanda bizə lazım olan iki nəfər. Nikol Paşinyan və Araik Arutyunyan. Bizə lazım olan isə iki ifadə mövcuddur. Qarabağ Ermənistan deyil və ya Böyük Ermənistan yoxdur”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli edib. O vurğulayıb ki, gec də olsa, ermənilər hər iki fikiri səsləndirdilər:

“Amma mənə ən çox maraqlı gələn sabiq müdafiə naziri Vigen Sarkisyanın fikirləri oldu. Vigen Xaçatryan deyir: “Artsax” olmadan Ermənistanın gələcəyi yoxdur fikrini təbliğ etmək çox təhlükəlidir. Yəni Ermənistanın gələcəyi “Artsax” sayəsindədir, Artsax varsa, Ermənistan olacaq, yoxsa olmayacaq? Siyasi mövqe baxımından bu belə olsa da, səhvdir. Amma bu o demək deyil ki, məsələdən imtina edirik. Amma son məqsəd “Artsax” yox, Ermənistandır” deyə Əziz Əlibəyli qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR