Yusif Mustafayev Canəli Əkbərovdan DANIŞDI:

Xalq artisti Canəli Əkbərovla vida mərasiminə qatılanlar arasında Əməkdar artist Yusif Mustafayev də yer alıb.

Metbuat.az xəbər verir ki, müğənni axşam.az-a açıqlamasında xanəndə ilə bağlı xatirələrini bölüşüb:

"Bu günlərdə bir-birimizin yanında olmalıyıq. Allah Canəli Əkbərova rəhmət etsin. Valideynlərim rəhmətə gedəndə Canəli müəllim Cəlilabad rayonuna gəldi. O, bizim ağsaqqalımız və ustadımız olub. Həyatda əsl Həci olub, haqqın yolu ilə gedib. Biz onun getdiyi yolu davam etməliyik.

Ölümünü gecə eşitdim. Baloğlan Əşrəfov sağ olanda bir dəfə onu xəstəxanada ziyarət etmişdik. Son zamanlar səhhəti pisləşdi, evinə pandemiyaya görə gedə bilmədik. Mütəmadi olaraq qardaşı ilə əlaqə saxlayırdım. Canəli müəllimin oğlunun ölümündən sonra səhhəti pis oldu. Valideynə bundan böyük dərd ola bilməz. O, həyatda hamıya nümunə idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR